Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin 2 fevral 2012-ci il tarixli 37 saylı əmrinə əsasən, Masallı şəhəri 2012-ci ildə Azərbaycanın "Folklor paytaxtı" elan edilib. Bununla əlaqədar Masallı Rayon İcra Hakimiyyəti başçısının 21 fevral 2012-ci il tarixli sərəncamı ilə təşkilat komitəsi yaradılıb və geniş tədbirlər planı hazırlanıb. Tədbirlər planına əsasən rayonun ayrı-ayrı ərazilərində mahnı və rəqs müsabiqələri, bədii gecələr, xalq folkloruna baxış kimi kütləvi tədbirlər keçirilir. Keçirilən ayrı-ayrı tədbirlərdə Mədəniyyət və Turizm Nazirliyinin, Rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, ictimaiyyətin nümayəndələri, folklorşünas alimlər, millət vəkilləri, ziyalılar və incəsənət ustaları iştirak edir.
Bu il sentyabr ayının 7-10-da Masallıda Beynəlxalq Folklor Festivalı keçiriləcək. Festivalda Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya ölkələrindən folklor qruplarının iştirakı gözlənilir. Qonaqlar xalqlarına məxsus folklor nümunələri nümayiş etdirəcək, Azərbaycana xas zəngin folklor nümunələri ilə də tanış olacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB