"Son illərdə Bakı şəhərinə 1000 ədəd bənövşəyi rəngli London taksiləri gətirilib. Lakin bu gün Bakı şəhəri üçün hələ 5000 ədəd taksiyə ehtiyyac var". Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov SİA-ya açıqlamasında deyib ki, Bakı şəhəri üçün nəzərdə tutulan bənövşəyi rəngli taksilər 1000 ədəddirsə, qalan 4000 ədəd taksi keçid dövrü üçün başqa rəngdə olmalıdır.
"Bu hallar keçid dövrü üçün zəruridir. Sumqayıt və digər regionlar üçün taksilərin sayını müəyyənləşdirmişik. Bütövlükdə respublika üçün 10 min taksinin olması nəzərdə tutulur. Bu proses gedir və onların lisenziyalaşdırılması, taksometrlərin quraşdırılması aparılır. Yaxın gələcəkdə bu işlər davam etdiriləcək", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB