Almaniyada İrana qarşı qoyulan atom embarqosunu pozmaqda təqsirləndirilən 4 nəfər şəxs həbs olunub. SİA-nın Almaniyadakı xüsusi müxbirinin verdiyi xəbərə görə, BBC-nin də yaydığı xəbərdə bildirilir ki, həbs olunanlar İrana atom reaktorunun qurulması üçün vacib olan detallar aparmaqda günahlandırılırlar.
Umumi dəyəri bir neçə milyon dollarla ölçülən əməliyyatın üstünü açan, alman polisi həbs olunanların Hamburg, Oldenburg və Veymar şəhərlərindəki mənzillərində axtarış apardıqdan sonra rəsmi açıqlama verib. Biri alman, qalan üçü isə Almaniya və İran ikili vətəndaşlığı olan şəxslərin mənzillərindən atom reaktorunun qurulmasında istifadə olunan xüsusi klapanların aşkar olunduğu bildirilir. Polisin verdiyi məlumata görə, onlar detalları Türkiyə və Azərbaycandakı firmalarının vasitəçiliyi ilə ötürürmüşlər. Hələlik həbs olunanların şəxsiyyəti açıqlanmır.
Şahin Abbasov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB