Tələbələr ABŞ-da FOTO

Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional ofisinin 2 fəal üzvü - Kamal Əhmədov və Cavanşir Əhmədli hazırda ABŞ-da səfərdədirlər. GTM-dən SİA-ya verilən məlumata görə, gənclərimizin qatıldığı proqramın əsas məqsədi azərbaycanlı tələbələri ABŞ-ın tarixi, ictimai-iqtisadi həyatı ilə, o cümlədən vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyəti ilə yaxından tanış etməkdir.

Səfər çərçivəsində Mərkəz nümayəndələrinin paytaxt Vaşinqtonda və bir neçə ştatda əhəmiyyətli görüşlərdə iştirak edəcəkləri planlaşdırılıb.

Qeyd edək ki, səfər ABŞ-da "Birləşmiş Ştatlar İnstitutunda təhsil al 2012" (SUSI 2012) proqramı çərçivəsində baş tutub və 6 həftə davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə