Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin həyata keçirdiyi "Mədəniyyətin təbliği və inkişafında gəncliyin rolu" layihəsi çərçivəsində "Gənclər mədəniyyəti necə təbliğ etməli" adlı kitabça çap olunub. Şuradan SİA-ya verilən məlumata görə, kitabçada gənclərin Azərbaycan mədəniyyətini, tarixini və həqiqətlərinin səmərəli şəkildə təbliğ etmələri ilə bağlı ekspertlərin, diaspor və QHT nümayəndələrinin fikirləri və təklifləri yer alıb. Kitabçanın QHT, diaspor, gənclər təşkilatlarının nümayəndələri arasında və hökumət qurumlarına paylanılması nəzərdə tutulur.
Qeyd edək ki, kitabçanın çap olunması ilə "Mədəniyyətin təbliği və inkişafında gəncliyin rolu" layihəsi yekunlaşmış hesab olunur. Layihə çərçivəsində Azərbaycan mədəniyyəti, tarixi və dəyərlərinin təbliğinə həsr olunmuş qlobus.info saytı yaradılıb, 30 gəncə İKT vasitələrindən və yeni texnologiyalardan yararlanmaqla Azərbaycan mədəniyyətini təbliğ etməklə bağlı təlimlər keçilib. Eyni zamanda çoxlu sayda ekspertlərin Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı fikir və təklifləri öyrənilib, onlardan eksklüziv müsahibələr götürülüb və yeni yaradılmış sayta yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB