Dünyasını dəyişmiş əsgər Tayfur Bəyovla bağlı Müdafiə Nazirliyinə qarşı kampaniya davam edir. Sifariş əsasında fəaliyyət göstərən bəzi yazarlar əsgərin meyidinin Məhkəmə Tibb Ekspertizası tərəfindən yarılmasına don geyindirərək bunu orqanların çıxarılaraq satılması kimi qələmə verməyə can atırlar. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, bu ağlasığmaz yalanı mərhum əsgərin öz atası ifşa edərək müdafiə naziri general-polkovnik Səfər Əbiyevə teleqram göndərib.
Qusar rayon Cibir kənd sakini Bəyov Hacıkərim Şıxkərim oğlunun göndərdiyi teleqramda deyilir: "Cənab Səfər Əbiyev! Oğlum Bəyov Tayfur Hacıkərim oğlunun 06.08.2012-ci il tarixində Naxçıvan MR-da hərbi xidmətdə vəfat etməsi ilə bağlı internet səhifəsində yer alan informasiya ilə bağlı mənim və ailə üzvlərimin heç bir əlaqəsi yoxdur. Mən həyacanlı olmuşam. Bakı şəhərindən gələn hərbi ekspertlər məsələyə aydınlıq gətirib. Oğlumun ölümü ilə bağlı cinayət işinə nəzarəti gücləndirməyinizi xahiş edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB