Ramazan bayramı ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sərnişin daşımaları departamenti gücləndirilmiş iş rejiminə keçib. "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun SİA-ya verdiyi xəbərə görə, bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar olaraq ölkə daxilində hərəkət edən sərnişin qatarlarına əlavə vaqonların qoşulması təmin edilib. Belə ki, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqon qoşulur.
Bundan əlavə, sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi, vaqonlarda soyuducu sistemin normal işləməsi istiqamətində ciddi işlər görülür. Qurum bir daha sərnişinlərin nəzərinə çatdırır ki, 10 gün qabaqcadan bilet satışı həyata keçirilir. Əlavə vaqonlara bilet satışı isə həmin vaqon qatara qoşulan gün təşkil olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB