Bakcell yeni kampaniyaya start verdi FOTO

Bakcell yeni kampaniyaya start verdi FOTO

"Apple"-ın Azərbaycanda rəsmi biznes partnyoru və satış mərkəzi olan "Alma Store" və Azərbaycanın ilk mobil operatoru olan Bakcell "Apple-dan iPad, Bakcell-dən bonus almayan qalmasın" adlı kampaniyaya start verdilər. Kampaniya çərçivəsində "Alma Store" mağazalarından 3G model "iPad" alan bütün müştərilərə pulsuz Bakcell Data Sim Kart və 6GB internet hədiyyə olunacaq. Bununla da müştərilər Bakcell 3G "Sür@" ilə istənilən anda yüksəksürətli internetə rahat çıxış əldə edəcək və "iPad"-ın bütün imkanlarından rahatlıqla istifadə edəbiləcəklər.

Xatırladaq ki, bu indiyədək müştərilərə hədiyyə olunan ən böyük internet paketidir. Aksiya Sentyabr ayının 30-dək keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə