Havanın temperaturu dəyişməz qalacaq

Havanın temperaturu dəyişməz qalacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin əsasən günəşli keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-28, gündüz 36-38, bəzi yerlərdə 40 dərəcə isti təşkil edəcək.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 29-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 36-39, bəzi yerlərdə 42, dağlarda gecə 14-18, gündüz 30-35 dərəcə isti olacaq.

Avqustun 16-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Temperatur rejimində mühüm dəyişiklik olacağı gözlənilmir. Zəif cənub-şərq küləyi avqustun 17-də arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Temperatur ötən günlərə nisbətən 3-5 dərəcə aşağı enəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə