Məcburi köçkünlər üçün iftar süfrəsi

Məcburi köçkünlər üçün iftar süfrəsi

Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə birlikdə Dövlət İqtisad Universitetinin 4 nömrəli yataqxanasında baş verən yanğından zərər çəkmiş məcburi köçkünlər üçün iftar süfrəsi təşkil edib.

Mərasimdə əvvəlcə müqəddəs Qurani-Kərimdən ayələr oxunub. Daha sonra iftar süfrəsi ətrafında on bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışılıb, bu ayda görülməsi vacib olan xeyirxah əməllərdən, savab işlərdən söz açılıb, şəhidlərimizin ruhuna dualar oxunub. Növbəti Ramazan bayramının Qarabağ torpaqlarında keçirilməsi arzulanıb. Vurğulanıb ki, bütün müsəlman aləminin səbirsizliklə gözlədiyi müqəddəs Ramazan ayında edilən ən böyük ibadətlərdən biri də oruc tutmaqdır. Oruc tutmaq fəzilətli bir əməl olduğu kimi, oruclu bir kimsəyə iftar vermək də onun qədər fəzilətlidir.

Tədbirdə çadırlarda müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlərə dövlət tərəfindən daim diqqət və qayğı göstərildiyi, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb. Bildirilib ki, yanmış yataqxanada təmir-bərpa işləri sürətlə davam etdirilir.

Sonda iftar süfrəsində iştirak edənlər təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə