Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 15-də Rusiya Federasiyası Hökuməti sədrinin müavini Dmitri Roqozinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Rusiya Federasiyası Hökuməti sədrinin müavini Dmitri Roqozin Prezident Vladimir Putinin və Baş nazir Dmitri Medvedevin salamlarını dövlətimizin başçısına çatdırıb.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən hərbi sənaye sahəsində uğurla inkişaf etdiyi vurğulanıb, bu sahədə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Rusiya Federasiyası Hökuməti sədrinin müavini Dmitri Roqozinin Azərbaycana səfərinin əməkdaşlığımızın daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub.
Dövlətimizin başçısı Prezident Vladimir Putinin və Baş nazir Dmitri Medvedevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rusiya Federasiyasının Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB