Qiymətlərdən razı olanlar da var, narazı qalanlar da!!!

Son zamanlar isti hava şəraiti eləcə də Yay mövsümü ilə əlaqədar insanların Dənizkənarı bulvara axını daha çox olur. SİA-nın xəbərinə görə, bunu Səstv-yə müsahibəsində Milli Parkın rəis müavini Nazim Məcidov deyib. Onun sözlərinə görə, yaya nisbətən qışda insanlar nisbətən az olur. Amma buna baxmayaraq əvvəki illərə nisbətən bu mövsümdə insanların sayı bir qədər azalıb: "Əsas səbəb onunla bağlıdır ki, Bakı şəhərinin bəzi yerlərində təmir-bərpa işləri gedir. Misal olaraq qeyd edim ki, Neftçilər prospekti əksər hallarda bağlı olur və avtomobillərin bura yaxınlaşması, saxlanmasında müəyyən problemlər yaranır".

Bulvar İdarəsinin rəis müavini həmçinin bulvarda fəaliyyətdə olan atraksion və yelləncəklərin qiymətlərinə də toxundu:

"Qiymətlərdən razı olanlar da var, şübhəsiz narazı qalanlar da! Azərbaycanda bazar iqtisadiyyatı hökm sürür və qiymətləri bazar tənzimləyir. Sadəcə bulvar ərazisində istər satış ərazilərində, kafelərdə və restoranlarda, istərsə də atraksion və karusellərdə hər bir məmulatın və yaxud obyektin qiyməti yazılıb aydın şəkildə vurulub. Alıcı və idarəedici o qiymətlərlə maraqlanmalıdır. Əgər istifadəedici və alıcı o qiymətlərə baxmadan müraciət edirsə və hardasa onu aldadırlarsa təbii ki, həmin insan cəza almalıdır. Belə faktlar olanda bizə müraciət edirlər və biz də araşdırırıq".

N.Məcidov həmçinin bulvardakı yeniliklərdən də danışıb: "Bu yay biz 2 yeni atraksion istifadəyə verdik. Bunlardan biri "Qorxulu ev" digəri isə akvadromdur. Yeniliklər yenə gözlənilir. Başqa bir yenilik "Venetsiya" parkının bu yaxınlarda istifadəyə verilməsi oldu. Orada insanlar həm qayıqlardan istifadə edirlər, həm də kafelərdən istifadə etmək imkanına malik olurlar".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...