Su problemi tamamilə aradan qalxacaq FOTO

Kanalizasiya xəttlərinin yenilənməsi sürətlə aparılır. Azər Aqrar Tikinti və Yol Körpü Tikinti şirkətləri tərəfindən dövlət vəsaiti hesabına aparılan işlərin artıq yarı faizi artıq yekunlaşıb. Rayonun su ilə təminatı üçün Kürək və Toğana çaylarından 92000 metr uzunluğunda su xətti çəkilir. Əlavə olaraq 3 su anbarı tikilir. Bununla yanaşı, 70 min metr uzunluğunda kanalizasiya xəttlərinin çəkilişi də davam edir. Bu məqsədlə 180-dən artıq əsas quyular istifadəyə hazır vəziyyətə gətirilib. 3 nasos stansiyası və 1 ədəd su təmizləmə qurucuları hazırlanır. İş icraçısı Rza Əliyevin SİA-nın bölgə müxbirinə verdiyi məlumata əsasən, ilk dəfə olaraq yeni sistemdən istifadə edilir. Söhbət baş verə biləcək yanğın hadisələrinin qarşısının vaxtında alınmasından gedir. Rayonun müxtəlif yerlərində hidrat qurğuları quraşdırılıb ki, bunların da 10 ədədi yerüstü, digərləri yeraltı sistemlə hazırlanıb.

"İşlərin əsas hissəsinin bu ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur. Tam olaraq Göygöldə su və kanalizasiya sistemlərinin yenilənməsi daha bir il aparılacaq"- deyə, R.Əliyev bildirib.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...