Sədrliyə namizədlər bəlli oldu

ASAIF-in nizamnaməsinə əsasən təşkilatın II Hesabat-Seçki Konfransı keçiriləcək. ASAIF-dən SİA-ya verilən məlumata görə, konfrans 500 nəfər nümayəndə, dövlət rəsmiləri və fəxri qonaqların iştirakı ilə baş tutacaq. Tədbir əsasında təşkilatın fəaliyyət hesabatı konfrans iştirakçılarına çatdırılacaq, eyni zamanda növbəti müddət üçün təşkilatın sədr və Nəzarət Təftiş Komissiyası üzvləri seçiləcək.

Konfransla bağlı yaradılmış Təşkilat Komitəsi 9 avqust 2012-ci il tarixindən etibarən ASAIF -in bütün struktur təmsilçilərinin buraxılması haqda qərar qəbul edib.

Eyni zamanda 9 avqustdan-12 avqust tarixinədək ASAIF-in seçki strukturlarına namizədliyini irəli sürmək istəyən şəxslərin ərizə qəbulu elan edib.

ASAIF-in sədrliyi üçün 2, Mərkəzi Nəzarət-Təftiş Komissiyası üzvlüyünə isə 7 müraciət olub. Daxil olan müraciətlər konfransın Təşkilat Komitəsi tərəfindən nəzərdən keçirilib və ASAIF sədrliyinə Ramin Həkimov və Vüsal Qurbanov, Mərkəzi Nəzarət-Təftiş Komissiyası üzvlüyünə isə Soltan Bayramov, Cavid Hüseynzadə və Turanə İbrahimova namizədliyi qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə