Prezident iftar mərasimində iştirak edib

Prezident iftar mərasimində iştirak edib

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb. Prezidentin rəsmi saytına istinadən verilən məlumata görə, prezident İlham Əliyev iftar mərasimində iştirak edib.

İftar mərasimi Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb. Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə çıxış edərək müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu, on bir ayın sultanı mübarək Ramazan ayı münasibətilə açılan iftar süfrəsinə dəvəti qəbul etdiyinə görə prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib. Şeyxülislam Allahşükür Paşazadə həmçinin mərasimdə iştirak edən din xadimlərinə də təşəkkür edib.

Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri Aleksandr, Rusiya Federasiyası Qaraçay-Çərkəz və Çeçenistan respublikalarının müftiləri İsmayıl Berdiyev və Sultan Mirzəyev mərasimdə çıxış edərək Azərbaycanın İslam həmrəyliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə dinlərarası dialoqun inkişafına verdiyi töhfələri yüksək qiymətləndirdilər və təbriklərini çatdırıblar.

Dövlət başçısı mərasimdə çıxış edib.

Sonra iftar süfrəsi açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə