Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbə verilməsi haqqında sərəncam imzalayıb. Prezidentin rəsmi saytına istinadən verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi, polkovnik Əfqan Vəli oğlu Nağıyev, Dövlət Sərhəd Xidmətinin Maddi-Texniki Təminat Baş İdarəsi rəisinin birinci müavini, Maddi-Texniki Təminat Qərargahının rəisi, polkovnik Cavid Mirhəmzə oğlu Abdullayev və Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Baş Qərargahının Dövlət Sərhədinin Mühafizəsi İdarəsinin rəisi, polkovnik Azad Qaçay oğlu Ələkbərova general-mayor ali hərbi rütbə verilib.
Prezidentin digər sərəncamı ilə polkovnik Rövşən Ağagül oğlu Taptıqova general-mayor hərbi rütbəsi verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB