Seymur Orucov: "Fəxr edirik ki, gündən-günə çiçəklənən Azərbaycanın gəncləriyik"
Bu gün bütün azərbaycanlılar, xüsusilə gənclərimiz sonsuz fərəh içərisindədir. İdmançılarımız Toğrul və Şərif bir saatda 2 qızıl medal qazanmaqla fantastik qələbəyə nail oldular və Azərbaycan idmanını XXI əsrin ikinci onilliyində olimpiya zirvəsinə qaldırdılar. Bunu SİA-ya açıqlamasında YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib.
Gənclər Birliyinin sədri qeyd edib ki, idmanın 16 növündə 53 idmançı ilə təmsil olunan Azərbaycan dörd ildən bir keçirilən Olimpiya oyunlarında 10 medal qazanıb. Bunun da ikisi qızıl, ikisi gümüş və altısı bürünc medaldır: "Sərbəst güləşçilərimiz Toğrul Əsgərov, Şərif Şərifov Olimpiya çempionları olub, Xetaq Qazyumov bürünc medala layiq görülüb. Yunan-Roma güləşi üzrə yarışlarda Rövşən Bayramov ikinci yeri tutub, Emin Əhmədov isə bürünc medal qazanıblar. Qadınlar arasında güləşçimiz Mariya Stadnik Olimpiadanın gümüş medalına sahib olub, Yuliya Ratkeviç isə üçüncü yeri tutub. Boksçular Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov bürünc mükafatlara layiq görülüblər. Azərbaycanın ağır atleti Valentin Xristov isə bürünc medal qazanıb. Bu isə onun nəticəsidir ki, dövlət başçısının ölkəmizdə idmanın inkişafına maksimum səy göstərməsinin nəticəsidir. Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilir. London olimpiadasında Azərbaycan himninin səsləndirilməsi biz gənclər üçün çox böyük qürurdur. Biz fəxr edirik ki, gündən-günə çiçəklənən Azərbaycanın gəncləriyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB