İyun ayının 1-dən Bakı şəhərində havaların isti keçməsi ilə bağlı 107 nəfər Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasına (BŞTTYS) günvurma ilə bağlı müraciət edib. Bunlardan 30 nəfərinin vəziyyəti orta-ağır və ağır olduğundan təcili yardım tərəfindən xəstəxanaya yerləşdirilib. Bunu Səstv-yə müsahibəsində BŞTTYS-nın böyük həkimi Zemfira Vahabova bildirib. Onun sözlərinə görə, müraciət edənlərdən 16-sı uşaq olub ki, onlardan da 7 nəfəri xəstəxanaya yerləşdirilib: "Ümumiyyətlə bir həftə ərzində havaların isti keçməsi ilə bağlı 29 müraciət daxil olub,onlardan 9 nəfəri xəstəxanaya yerləşdirilib. Məsləhət görülərdi ki, insanlar günəş altında çox vaxt keçirməsinlər. Yaxşı olardı ki, həmin insanlar öz təhlükəsizliklərini qorusunlar. Onlar açıq rəngli papaqlardan, baş örtüyündən, qadınlar isə çətirlərdən istifadə etsinlər. Çalışsınlar ki, çox maye qəbul etsinlər, meyvə tərəvəzə üstünlük versinlər".
Xroniki xəstələr vaxtı-vaxtında dərmanlarını qəbul etsinlər.
- Valideyinlərə məsləhət görərdik ki uşaqlarını nəzarətsiz buraxmasınlar, günəş altında çox olmasınlar. Daha çox uşaqlar və yaşlılar günvurmaya məruz qalırlar. Artıq bədən çəkisi olanlar, zəif fiziki-inkişafı olanlar, alkaqoldan istifadə edənlər daha çox günvurmaya məruz qalırlar.
Təcili tibbi yardım maşını gələnə kimi hər kəs zərərçəkənə ilkin yardım göstərsin!
- Zərərçəkəni ilkin olaraq sərin bir yerdə yerləşdirmək, onu təmiz hava ilə təmin etmək, sərin su içirmək lazımdır. Günvurmanın qarşısı vaxtında alınmasa ölümlə nəticələnə bilər. Ona görə də təcili yardım nə qədər tez olsa, müalicə daha tez və keyfiyyətli olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB