Son zamanlar Tərtərdə sürətli quruculuq və abadlıq işləri görülür. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, şəhərin mərkəzi küçələrində abadlıq işləri geniş vüsət alıb. Əsas işlər Heydər Əliyev prospekti və Elmar Hüseynov küçələrinin kəsişməsində aparılır ki, Qarabağ müharibəsi dövründə ağır texnikaların keçməsi bu küçələri tamamilə bərbad hala salıb.
Prospekt boyunca istinad divarları yenidən işlənərək müasir simaya qovuşub. Yol kənarlarında səkilər sökülərək yeni və müasir daşlarla əvəz olunub. Səkilərin kənarlarına isə cürbəcür ağaclar, kiçik gül kolları, dekorativ və göz oxşayan digər həmişəyaşıl bitkilər əkilir. Bundan əlavə prospektin tamamilə yararsız hala düşmüş avtomobil yolları da sökülərək yenisi ilə əvəz edilib. Küçə və dalanlarda da yollar yenilənərək müasir standartlara cavab verən asfalt örtüyü ilə təmin edilib.
Qeyd edək ki,bu cür quruculuq işləri tək rayonun mərkəzində deyil, kənd və qəsəbələrdə də aparılır. Rayon rəsmiləri isə aparılan quruculuq işlərinin yaxın günlərdə tamamlanacağını bildiriblər.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB