Yaşıllaşdırma davam edir

Bərdə-Yevlax, Bərdə-Ağdam magistral yollarının ardınca Bərdə-Tərtər yolunun kənarında da yaşıllaşdırma işləri aparılır. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, ağacların əkilməsində idarə və müəssisələrin nümayəndələri ilə yanaşı, rayon sakinləri də yaxından iştirak ediblər. İşlər təxminən 2 kilometr ərazini əhatə edir.

1990-cı illərdə isitmə problemi ilə üzləşən rayon sakinləri tərəfindən məcburiyyət qarşısında rayonun yaşıllıq zolağı demək olar ki, tamamilə məhv edilib. Nəinki, meşə sahəsi, həmçinin yol kənarında əkilmiş ağac və gül kolları da doğranaraq sobalarda yandırılıb. Hazırda isə rayon ərazisində minlərlə həmişəyaşıl ağac kolları, cürbəcür gül kolları ilə yanaşı park və xiyabanlarda hər növ ağaclar əkilir. Bu cür aksiyaların gələcəkdə də davam etdiriləcəyi nəzərdə tutulur.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə