Əhaliyə ölmüş heyvan əti satılır

Əhaliyə ölmüş heyvan əti satılır

Bərdə polisinin keçirdiyi əməliyyat nəticəsində ölmüş heyvan ətinin dövriyyəsiylə məşğul olan iki nəfər Bərdə sakini saxlanılıb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, rayon sakinləri Ceyhun Şirinov və Anar Quliyev əti satmağa apararkən avtomobilləri polis əməkdaşları tərəfindən şübhəli bilinərək saxlanılıb. Avtomaşının yük yerinə baxış keçirərkən oradan 300 kq artıq mənşəyi məlum olmayan ət aşkarlanıb. Bərdə rayon Regional Baytarlıq Laboratoriyasına yoxlanmağa göndərilən ətin at əti olduğu və yemək üçün yararsız olduğu aşkar edilib.

Bərdə rayon Polis Şöbəsi və Baytarlıq İdarəsi əməkdaşlarının iştirakı ilə dövriyyədən çıxarılan ət, yandırılaraq məhv edilib.

Qeyd edək ki, faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə