31 avqust - 22 sentyabr 2012-ci il tarixində Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Avropa Birliyinin Gənclər Fəaliyyətdə Proqramı çərçivəsində İngiltərə, Almanya, Moldova, Rumınya, Türkiyə və İspaniya olmaqla Azərbaycan "Avropalıyıqmı?!-Kimlik, İnteqrasiya, Müstəsnalıq" adlı beynəlxalq tədbirə ev sahibliyi etmək üçün layihəyə qatılıb. AGAT-dan SİA-ya veilən məlumata görə, Proqram çərçivəsində AGAT Almaniya, Rumıniya və Türkiyədə ölkəmizi təmsil edəcək. Eyni zamanda 6 ölkədən 45 nəfər nümayəndəni 16-22 sentyabr tarixində Azərbaycanda qarşılayacaq, ev sahibliyi edəcək. Ümumilikdə, 21 gün ərzində 4 ölkədə seçilmiş spesifik mövzu barədə diskussiyalar təşkil etməklə bərabər, müxtəlif media fəaliyyətlər (video sərgi, çarx, bloq və jurnal) layihə iştirakçıları arasında keçiriləcək.
Proqram çərçivəsində hər bir ölkə avrointeqrasiya prosesində gənclər siyasətini barədə fikir mübadiləsi aparılacaq, müxtəlif mövzularda panel diskussiyalar aparılacaq. AGAT-nın bu layihəyə cəlb olunması ölkəmizin 1 milyon qaçqınının problem və yaranma səbəblərini avropalı gənclərə çatdırmaqdır.
AGAT layihə çərçivəsində avropalı gəncləri qaçqın və məcburi köçkünlərin kompakt yaşadıqları yerə aparmaq, orada müzakirələr keçirmək niyyətindədir. Eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ilə bağlı gənc iştirakçılara məlumat vermək, münaqişə nəticəsində 1 milyon qaçqın və məcburi köçkünlər probleminin ölkəmizdə yaratdığı neqativ fəsadları qonaqlara çatdırmaqdır.
Qeyd edək ki, beynəlxalq layihə Azərbaycan Gənclər Fondu və Avropa Birliyinin Gənclər Fəaliyyətdə Proqramının maliyyə dəstəyi ilə həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB