Hazırda enerjisistemdə mövcud olan və yeni yaradılmış potensial generasiya gücləri ilə yanaşı, vacib məsələlərdən biri də istehsal olunan elektrik enerjisinin vaxtında və keyfiyyətli şəkildə tələbatçılara çatdırılmasıdır. Bu məsələnin həllində elektrik verilişi xətləri və yarımstansiyaların normal fəaliyyət göstərmələri mühüm rol oynayır. 35 kilovoltluq və ondan yuxarı gərginlikli hava xətləri və eyni gərginliyə malik yarımstansiyalar üzrə nəzərdə tutulan tədbirlər əsasən yerinə yetirilib.
Xaçmaz REŞ-in balans mənsubiyyəinə aid sözügedən EVX-lərdə və yarımstansiyalarda həyata keçirilən təmir işləri barəsində "Azərenerji" ASC-dən SİA-ya daxil olan məlumata görə, cari ilin son üç ayı ərzində 110 kV-lik Xaçmaz yarımstansiyasında 2 saylı 16 MVA-lıq transformator 25 MVA-lıqla və onun 110 kV-lik cərəyan transformatoru yenisi ilə əvəz olunub. Eyni zamanda 1 saylı 25 MVA-lıq transformatorda əsaslı təmir olunub. Bütün bunlarla yanaşı bu yarımstansiyadan çıxan xeyli sayda 10 kV-lik xətlərin elqaz açarlarında, xətt və şin ayrıcılarında, gərginlik transformatorlarında isə müxtəlif təyinatlı təmir işləri həyata keçirilib. Nəticədə yarımstansiyanın gücü artmaqla yanaşı onun dayanıqlığı daha da möhkəmləndirilib.
Onu da qeyd edək ki, analoji təmir işləri müəssisənin xidməti ərazisində olan 110 kV-lik Quba, Qusar, Şabran və Siyəzən yarımstansiyalarında da həyata keçirilib. Bütün bunlarla yanaşı balans mənsubiyyətinə aid olan 35 kV-lik yarımstansiyalarda da həmin bu dövrdə müxtəlif təyinatlı təmir işləri aparılmışdır. Buna misal olaraq 35 kV-lik Nabran yarımstansiyaında 1 və 2 saylı 2,5 MVA-lıq transformatorların 4 MVA-lıqla əvəzlənməsini, burada 10 kV-lik yeni yuvanın quraşdırılmasını, Zeyxur, Əcəxur, Cağar yarımstansiyasında güc transformatorlarının təmirini və digər avadanlıqlarda aparılan təmir işlərini göstərmək olar.
Sonda onu da qeyd edək ki, burada da yanğın təhlükəsizliyi məsələsi daim diqqət məkəzindədir. Mövcud iqlim şəraitinə uyğun olaraq yarımstansiyaların ərazisi və açıq paylayıcı quruluşları yanğından mühafizə qaydalarına uyğun olaraq otlardan təmizlənib, kabel kanallarında kipləndirmə işləri aparılıb. Eyni zamanda güc transformatorlarında yağ sızmaları aradan qaldırılıb, xeyli sayda ilkin yanğınsöndürmə vasitələri alınaraq müəyyən edilmiş hissələrdə yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB