Ombudsman xarici qonaqla görüşüb

Ombudsman xarici qonaqla görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Kuzey Kıbrıs Türk Cümhuriyyətinin ölkəmizdə diplomatik missiyasını başa vuran Bakı təmsilçisi Zeki Qazioğlu ilə görüşüb. SİA-nın xəbərinə görə, ombudsman qonağa gələcək diplomatik fəaliyyətində daha böyük uğurlar arzulamış, Azərbaycanın dünya dövlətləri, o cümlədən türk dünyasının bir parçası olan Kuzey Kıbrıs Türk Cümhuriyyəti ilə dostluq və tərəfdaşlıq əlaqələri qurduğunu söyləyib. Müvəkkil insan hüquqları sahəsində fəaliyyətinin əsas istiqamətləri, görülmüş işlər barədə ətraflı məlumat verib. O, dövlət qurumları, o cümlədən ölkə Parlamenti, habelə QHT-lər, vətəndaş cəmiyyəti, icmalar, beynəlxalq təşkilatlar və xarici ölkələrin səfirlikləri ilə insan hüquqları sahəsində sıx əməkdaşlıq əlaqələri qurduğunu söyləyıb, bu istiqamətdə işlərin daha da artdığını və təkmilləşdirildiyini vurğulayıb.

Z.Qazioğlu Müvəkkilin insan hüquqları sahəsində səmərəli fəaliyyətini, onun səmimi münasibətini yüksək qiymətləndirib, faydalı fikir və məlumat mübadiləsi üçün təşəkkürlərini bildirib, Azərbaycan Ombudsman təsisatı ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Ombudsman insan hüquqları sahəsində, digər prioritet məsələlər əsasında, şəbəkə şəklində əməkdaşlığa üstünlük verdiyini söyləyib, tərəfdaşlığın daha da artırılmasını vacib sayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə