Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, bina 31 ünvanında baş vermiş dəhşətli yanğından sonra artıq adıçəkilən ərazidə son təmir-bərpa işləri gedir. Çəkiliş apardığımız zaman burada mənzillərin muasir standartlara uyğun bir şəkildə inşa olunduğunu, qapı və pəncərələrin yeniləndiyinin, dəhlizlərə mərmər üzlüklərin vurulduğunun şahidi olduq. Bununla belə işıqlandırma sistemi Avropa stilinə uyğun olaraq yenisi ilə əvəz edilib. İş icraçısı Şəmsəddin Əliyevin sözlərinə görə, hazırlıq işləri çox yüksək səviyyədə gedir: "Bir həftə ərzində işlər tam başa çatdırılacaq. Təmir-bərpa işləri Avropa standartlarına uyğun şəkildə aparılır. Burada bütün gün ərzində 30 işçi çalışır".
İş icraçısının sözlərinə görə, artıq Dərnəgül qəsəbəsi köhnə troleybus parkında müvəqqəti salınmış çadır şəhərciyində məskunlaşan məcburi köçkünlər 1 həftədən sonra öz yeni təmir olunmuş mənzillərinə yerləşdiriləcək.
Xatırladaq ki, avqustun 1-də Binəqədi rayonu Dərnəgül qəsəbəsində yerləşən yataqxanada baş vermiş yanğının qarşısını almaq üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin 10-dan çox yanğınsöndürmə briqadası və 4 təcili yardım cəlb edilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB