Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqı İranın Azərbaycan bölgəsində baş vermiş güclü zəlzələ nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə başsağlığı verib. SİA-nın məlumatına görə, başsağlığında deyilir: "Zəlzələ nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə başsağlığı verir, zəlzələ zamanı yaralananların tezliklə şəfa tapmasını arzulayırıq. Qonşu ölkədə baş vermiş bu fəlakət bizləri kədərləndirir. Biz gənclər olaraq bu təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün əlimizdən gələn köməyi göstərməyə hazırıq."
Qeyd edək ki, Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqı bu ilin iyun ayının 27-də təsis olunub, 25 ölkənin gənclərini özündə birləşdirir. Bundan başqa təşkilat mədəniyyətlərarası dialoq, gənclərin sosiallaşması və digər sahələrdə layihələr həyata keçirəcək. Məlumat üçün bildirək ki, təşkilatın sədri millət vəkili Fuad Muradovdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB