TÜRKPA-nın dünyanın nüfuzlu təşkilatlarından biri olan CICA-ya müşahidəçi statusu ilə üzv qəbul olunması ilə bağlı müraciətinə baxılıb və 24 üzv ölkənin təmsil olunduğu təşkilatda TÜRKPA-nın müraciəti müsbət qəbul edilib.
TÜRKPA-dan SİA-ya verilən məlumata görə, CICA-nın yaradılması haqqında ilk təşəbbüs 5 oktyabr 1992-ci il tarixində, BMT Baş Assambleyasının 47-ci Sessiyasında Qazaxıstan Respublikasının Prezidenti cənab Nursultan Nazarbayev tərəfindən irəli surulüb. Təşəbbüsün arxasında duran əsas məqsəd kimi Asiyada sülhün və təhlükəsizliyin təmini üçün effektiv və məqbul bir strukturun yaradılması istəyi olub.
CICA-nın təsis edilməsi haqqında iki əsas sənəddən biri olan CICA Üzv Dövlətləri Arasında Münasibətlərin Əsas Prinsipləri haqqında Bəyannamə 14 oktyabr 1999-cu il tarixində Almatıda keçirilən Xarici İşlər Nazirlərinin İlk Görüşündə qəbul edilib. İkinci sənəd olan CICA-nın Nizamnaməsi - Almatı Aktı isə 4 iyun 2002-ci il tarixində Almatıda keçirilən İlk Zirvə Görüşündə qəbul edilib.
CICA Asiyada sülh, təhlükəsizlik və stabilliyin təmin edilməsi sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyət gostərən çoxmillətli Forumdur. Forum Asiyada və dünyada sülh, təhlükəsizlik və stabillik arasında yaxın əlaqələrin olduğunu qəbul edir.
Qeyd edək ki, hazırda CICA-nın Asiya əhalisi və ərazisinin təxminən 90 faizini əhatə edən 24 üzv ölkəsi var. 8 ölkə və BMT, ATƏT və Ərəb Ölkələri Liqası kimi çoxmillətli təşkilatlar CICA-da müşahidəçi statusuna sahibdirlər. TÜRKPA müşahidəçi statusu alan sayca dördüncü təşkilatdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB