Avtomobil karvanı İrana göndərildi

Avtomobil karvanı İrana göndərildi

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin göstərişi ilə bu gün Fövqəladə Hallar Nazirliyi tərəfindən 25 avtomobildən ibarət maşın karvanı İran İslam Respublikasının zəlzələdən zərər çəkmiş bölgəsinə yola salınıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən xəbərə görə, avtomobil karvanı ilə 3000 ədəd ədyal, 1000 ədəd yataq dəsti, 460 ədəd çadır, un, düyü, çay, qənd, yağ, makaron, meyvə şirələri, içməli su və digər zəruri ərzaq məhsulları təbii fəlakət bölgəsinə çatdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə