Metrodakı narahatçılıq aradan qalxdı

Metrodakı narahatçılıq aradan qalxdı

Bakı Metropoliteninin "20 Yanvar"-"Dərnəgül" istiqamətində qatarların hərəkəti bərpa olunub. SİA-nın xəbərinə görə, təmir işləri ilə əlaqədar fəaliyyəti dayandırılan "20 Yanvar", "Memar Əcəmi", "Nəsimi", "Azadlıq prospekti" və "Dərnəgül" stansiyaları bugün saat 6-dan sərnişinlərin ixtiyarına verilib.

Qeyd edək ki, Bakı Metropoliteninin "20 Yanvar" – "Dərnəgül" sahəsinin avqustun 9-dan 13-dək bağlanması yeni metro xəttinin tikintisi çərçivəsində "Memar Əcəmi" stansiyasının altından 21 metrlik tunelin çəkilməsi ilə əlaqədar idi.

Bütün xəbərlər Facebook səhifəmizdə