"İRƏLİ" Hüquq Mərkəzinin təşkil etdiyi "Hüquq Akademiyası" layihəsinin bağlanış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, bağlanış mərasimində "İRƏLİ" Hüquq Mərkəzinin rəhbəri Leyla Yolçiyeva iştirak edib. O, iştirakçıları layihəni uğurla başa vurduqlarına görə təbrik edib, təlimlərdə fəal iştirak edərək maariflənən gəncləri müsbət qiymətləndirib və sonda iştirakçılara sertifikatlar təqdim edilib.
Layihədə hüquqşünaslarla yanaşı qeyri-hüquqşünas gənclər də iştirak edərək, hüquqi biliklərini müasir tədris metodları ilə inkişaf etdiriblər. 2011-ci ilin dekabr ayından start götürən layihə 9 ay davam edib. Bu müddət ərzində bir sıra dövlət və özəl qurumların təmsilçiləri layihə iştirakçıları ilə görüşlər keçirib.
Qeyd edək ki, "Hüquq Akademiyası" layihəsinin partnyorları Azərbaycan Hüquqşünaslar Konfederasiyası, ELSA Azərbaycan, Avrasiya Hüquqşünaslar Assosiasiyası, Bakı Dövlət Universitetinin Hüquq fakültəsi, Respublikanın bir sıra aparıcı kütləvi informasiya vasitələri və hüquq firmaları olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB