İran silkələnir

İranda yenidən güclü zəlzələ qeydə alınıb. SİA-nın İran mətbuatına istinadən verdiyi xəbərə görə, İranın Şərqi Azərbaycan əyalətinin Vərzəqan şəhərində baş verən zəlzələnin gücü Rixter cədvəli üzrə 4,7 bal olub. Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəzi zəlzələnin yerli vaxtla bu gün saat 06:26-də baş verdiyini bildirib. Hələlik yeraltı təkanlar nəticəsində dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.

Qeyd edək ki, avqustun 11-də İranın şimal-qərbində 6.2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar nəticəsində ölənlərin sayı 300-ü, yaralıların sayı isə 2 min nəfəri keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə