Müvəkkil Ədliyyə Nazirliyinə müraciət edib

Müvəkkil Ədliyyə Nazirliyinə müraciət edib

Penitensiar Xidmətin 10 və 11 saylı cəzaçəkmə müəssisələrinin cərimə təcridxanalarına başçəkmə həyata keçirilib, orada saxlanılan məhkumlarla təklikdə söhbət aparılıb, onların cərimə təcridxanasında saxlanmasının qanuniliyini təsdiq edən sənədlərlə tanış olunub. SİA-nın xəbərinə görə, qəbul edilən məhkumlar rəftar və saxlanılma şəraitindən şikayət etməyiblər.

Son günlər ölkədə havaların davamlı olaraq çox isti keçməsi ilə əlaqədar Penitensiar Xidmətin həbsxanasında, cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında saxlanılan məhkumların vəziyyətinin araşdırılması və imkan daxilində saxlanılma şəraitinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Müvəkkil Ədliyyə Nazirliyinə müraciət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə