Azərbaycan İran tərəfinə humanitar yardım təklif edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.
Mətbuat katibinin sözlərinə görə, Azərbaycan avqustun 11-də İranın şimal-qərbində baş verən zəlzələdən zərər çəkənlərə yardım etmək niyyətini rəsmi olaraq İran tərəfinə çatdırıb.
Qeyd edək ki, 6.6 bal gücündə baş verən zəlzələ nəticəsində 250-dən çox insan ölüb, 2000 nəfərə yaxın insan isə xəsarət alıb. Təbii fəlakətlə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev iranlı həmkarı Mahmud Əhmədinejada başsağlığı verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB