İyul ayında 20 nəfər şəhər sakini günvurma ilə bağlı Sumayıt şəhər Təcili Tibbi Yardım Stansiyasına (SŞTTYS) müraciət edib. Bunu SİA-ya SŞTTYS-nın baş həkimi Arif Yusifov bildirib.
Onun sözlərinə görə, günvaranlardan 2 nəfəri uşaq olub: "Şəhər sakinlərinə məsləhətimiz budur ki, günün intensiv vaxtlarında (saat 12.00-18.00 arası) zəruri olmadıqca çölə çıxmasınlar. Bu saatlarda dənizə- hovuza girməsinlər, gunəş vannası qəbul etməsinlər, çöldə idman və gediş etməsinlər. Qaralmaq üçün günəşin şüalarının altında saatlarla uzanmaq olmaz. Səhər və günün ikinci hissəsindən sonra belə gunəşdən qoruyucu krem istifadə edərək qısa müddətlərlə günəş vannası qəbul etmək olar.Günəşin altında başıaçıq, maneəsiz qalmamaq, çətirdən və ya papaqdan istifadə etmək məsləhət görülür. Həmçinin açıq rəngli, pambıq ya da kətan kimi parçadan hazırlanmış bol və rahat geyimlər seçilməlidir".
Baş həkim bununla belə günəş gözlüyündən də istifadə edilməsini məsləhət görüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB