İranın Təbriz şəhəri yaxınlığında baş verən zəlzələ nəticəsində ölənlərin sayı ən azı 250 nəfərə çatıb. Yaralananların sayı isə 2 mindən artıqdır. Bununla belə, ölənlərin sayının artması ehtimalı var. Bundan başqa, İranın Fars agentliyi Tehran Univesitetinin Seysmoloji Tədqiqatlar Assosiasiyasının rəhbəri Fərhanq Əhmədi-Qivəyə istinadən məlumat yayıb ki, bir və ya iki sutka ərzində afterşoklar ola bilər.
İran hökuməti ölkənin fövqəladə hallar üzrə bütün səlahiyyətli şəxslərini zəlzələnin nəticələrini aradan qaldırmaq üçün səfərbər olmağa çağırıb. Zəlzələ nəticəsində şəhərdə yaşayış məntqələrinin 5%-nin zərər gördüyü bildirilir. Məlumata görə, şəhərin 4 kəndində yaşayış binaları tamamilə dağılıb. Əhərdə 70 kəndə qaz verilişi dayandırılıb.
Qeyd edək ki, Birləşmiş Ştatların geologiya xidməti zəlzələ təkanlarını Rixter cədvəli ilə 6.4 və 6.3 bal gücündə olduğunu və episentrin Təbriz şəhərinin şimal-şərqində 9.8 km dərinlikdə qeydə alındığını bildirmişdi. Şəhər rəhbərliyi ilk təkandan sonra əlavə 17 təkanın qeydə alındığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB