Bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) İctimai İnformasiya Departamenti, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi və Avropa Hərəkatı Azərbaycan ilə birgə Beynəlxalq Gənclər gününə həsr olunmuş konfrans keçirib. SİA-nın xəbərinə görə, tədbirin əsas məqsədi uşaq və gənclərin üzləşdikləri problemlərin həlli istiqamətində fəaliyyət göstərən milli və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın gücləndirilməsi idi. Açılış mərasimində BMT-nin ictimai informasiya deportamentinin Azərbaycandakı nümayəndəsi Envera Selimoviç, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin sədri Aynurə Piriyev, Azərbaycan Gənclər və İdman Nazirliyinin nümayəndəsi Ramil Məmmədov və bir sıra qonaqlar çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB