Bu gün saat 17:00 radələrində Azərbaycanın Cənub bölgəsində zəlzələ qeydə alınıb. Mərkəzi Yardımlı rayonunda olan zəlzələ Lənkəran, Astara rayonlarında da hiss edilib. SİA-nın əməkdaşının verdiyi məlumata görə, 3-4 bal gücündə yeraltı təkanlar Astarada da hiss edilib. Təkanların sayı 3 olub. Sonuncu təkanın daha güclü olduğu bildirilir.
Dağıntı və tələfat barədə məlumat yoxdur.
Qeyd edək ki, bu gün İranın Bəndər-Abbas şəhərində Rixter cədvəli ilə 3,2 bal gücündə zəlzələ olub. Tehran Universitetinin Geofizika İnstitutunun seysmoloji mərkəzi yeraltı təkanları bu gün yerli vaxtla 07:58-də qeydə alıb. Ölənlər və dağıntılar barədə məlumat yoxdur.
Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişlinin verdiyi məlumata görə, İrandakı yeraltı təkanlar Azərbaycanın Bərdə, Naxçıvan, Lənkəran, Salyan, Cəlilabad və Gəncə şəhərlərində hiss olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB