Azərbaycan dilinin tədrisi metodikası dəyişdiriləcək

Azərbaycan dilinin tədrisi metodikası dəyişdiriləcək

Azərbaycan dili yeni standartlarla tədris ediləcək. Azərbaycan dilinin inkişafına dair dövlət proqramını hazırlayan işçi qrupundan bildirilib ki, bu barədə məsələ "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair" Dövlət Proqramının tədbirlər planında öz əksini tapıb.

İşçi qrupdan bildiriblər ki, yeni hazırlanacaq Proqramda Dövlət dilinin tətbiqi və inkişaf etdirilməsinə xüsusi yer ayrılacaq.

Bununla bağlı 2015-ci ilədək Dövlət dilinin elm və təhsil müəssisələrindən tətbiqi və inkişaf etdirilməsinin vahid informasiya bazasının yaradılması təklif olunur. Tədbirlər planında həmçinin Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyinin birgə Azərbaycan dilinin elm və təhsil müəssisələrində fəaliyyəti və tətbiqi vəziyyəti barədə sosioloji tədqiqatların aparılması və nəticələr əsasında məlumat bankının yaradılması öz əksini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə