Əsgərlər and içdi

Ağdamda yerləşən "N" saylı hərbi hissələrin birində andiçmə mərasimi keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, mərasimdə gənc əsgərlər vətənin keşiyində canla-başla duracaqlarına, yeri gələrsə canlarından belə keçəcəklərinə, komandirlərin əmrlərinə sözsüz tabe olacaqlarına təntənəli surətdə and içiblər.

Gənc əsgərlər cəbhə bölgəsində xidmət etməyin nə qədər ağır olsada bir o qədər də şərəfli olduğunu bildiriblər. Daha sonra çıxış edən əsgərlər sədaqət andı içdikdən sonra Mübariz İbrahimov, Çingiz Mustafayev , Əlif Hacıyev kimi vətənə layiqli övlad olacaqlarını diqqətə çatdırıblar.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə