Hər il avqustun 12-si ölkəmizdə "Xəzər günü" kimi qeyd edilir. "Xəzər günü"nün qeyd edilməsində əsas məqsəd Xəzər dənizinin ətraf mühitinin çirklənmədən qorunması, dənizinin bioloji ehtiyatlarının mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsi sahəsində qüvvələrin səfərbər edilməsi və bu istiqamətdə əhalinin maarifləndirilməsindən ibarətdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) 12 avqust – Xəzər Günü münasibətilə Şıx çimərliyi yaxınlığında, Xəzər dənizinin sahilində iməcilik keçirib. ETSN-in Ətraf mühitin mühafizəsi Departamentinin sektor müdiri Mirsalam Qəmbərov jurnalistlərə açıqlamasında deyib ki. tədbirin keçirilməsində əsas məqsəd Xəzər dənizinin çirklənməsinə qarşı mübarizəyə diqqəti çəkməkdir. Onun sözlərinə görə, ətrafın mühitin çirklənməsinin qarşısını almaq üçün insanların maarifləndirilməsinə ehtiyac var. O, həmçinin qeyd edib ki, Bakı buxtasında dənizə səpələnmiş tullantıların təmizlənməsi üçün Fransanın "Eco Seance" şirkətindən xüsusi tipli qurğu alınıb. Onun sözlərinə görə, gəmi yaxın günlərdə istifadəyə veriləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi idarə və təşkilatları, bələdiyyələri, eləcə də bütün ictimaiyyət nümayəndələrini bu tədbirlərdə fəal iştirak edərək öz töhvəsini verməyə çağırır. Bu gün nazirlik müvafiq dövlət qurumlarının, QHT və ictimai təşkilatların, o cümlədən gənclərin iştirakı ilə Xəzərin ekoloji problemləri, görülən işlər, Xəzər İnformasiya Mərkəzinin yaradılması və ictimaiyyətin Xəzər dənizinin mühafizəsi prosesinə cəlb edilməsi mexanizminin müzakirəsi məqsədilə tədbirin keçirilməsi, Bakı buxtasında ETSN tərəfindən səth sularının zibil, neft məhsulları və digər tullantılardan təmizlənməsi məqsədilə alınmış Fransanın "Ecoceane" şirkətinin istehsalı olan gəminin fəaliyyəti ilə tanışlıq və sahilboyu zonada təmizlik aksiyasını keçirir.
Qeyd edək ki, bu ilin ilk 6 ayı ərzində nazirlik tərəfindən ətraf mühitin çirklənməsi və fiziki müdaxilələrlə bağlı 640 akt və protokol tərtib olunub, fiziki və hüquqi şəxslər cərimələnib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB