Avqustun 12-13-də Bakıda və Abşeron yarmadasında mülayim cənub-küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova SİA-ya açıqlamasında deyib ki, havanın tempraturu gecə saatlarında 22-27, günorta saatlarında isə 35-38 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun hərarəti 28-29 dərəcə olacaq. Eləcə də bölgələrdə hava şəraiti əsasən yağmursuz keçəcək, Havanın tempraturu gündüz saatlarında Mərkəzi Aran rayonlarında 37-39, bəzi yerlərdə 41 dərəcə isti, dağlarda isə gecə saatlarında 14-18, günorta saatlarında 28-33 dərəcə isti təşkil edəcək.
Bu gün ərzində mülayim şimal küləyinin güclənməsi müşahidə olunur. Lakin avqustun 12-dək başlayaraq gündüz saatlarında şimal küləyi cənub küləyi ilə əvəz olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB