Ermənistan snayperlərin sayını artırıb

Ermənistan Azərbaycanla dövlət sərhədində snayperlərin sayını artırıb. Bu barədə ordudakı hərbi mənbələr məlumat verib. Azərbaycan tərəfinin müxtəlif kanallar vasitəsi ilə əldə etdiyi məlumata görə, müdafiə naziri Seyran Ohanyanın əmri ilə son həftə ərzində Ermənistan Silahlı Qüvvələrinin müxtəlif hərbi hissələrindən dövlət sərhədindəki mövqelərə xeyli sayda snayperlər yerləşdirilib olunub.

Son günlərdə dövlət sərhədində ilk dəfə olaraq Azərbaycan mövqelərinə 12,5 mm çaplı snayper tüfənglərindən atəşlərin açılması faktları qeydə alınmaqdadır.

Avqustun 7-də S.Ohanyan dövlət sərhədindəki hərbi birliklərin mövqelərində aparılan möhkəmləndirmə işləri ilə tanış olarkən ön xəttə yeni göndərilmiş snayperlərlə görüşüb, onlara qarşı tərəfi maksimum şəkildə neytrallaşdırmaq təlimatı verib.

Bütün xəbərlər Facebook səhifəmizdə