Son vaxtlarda atəşkəs rejimini pozaraq təxribat törətməyə cəhd edən düşmən bir neçə dəfə ağır itki verərək geri çəkilməyə məcbur olub. Bununla gözləri qorxan düşmən ehtiyat edərək səngər-bəndqurma işlərinə başlayıb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, artıq bir neçə gündür ki, davam edən bəndqurma traktorlar və ekskavatorlar vasitəsiylə aparılır. Düşmənin apardığı bu işləri kənd sakinləri da açıq aşkar müşahidə edirlər.
Qeyd edək ki, təmas xəttinə yaxın yerləşən Çıraqlı kənd sakinlərinin dediklərinə görə, düşmən qazıntı işlərini də gizlənərək görür. Erməni hərbçiləri aparılan qazma işlərini ya gün doğmamış, ya da gecələr aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB