3 aydan artıqdır ki, İranda saxlanılan azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadənin nədə ittiham olunduğu məlum olub. Bu barədə Şəhriyarın atası Mayıl Hacızadə ANS-ə məlumat verib.
"İran İslam Respublikasının Cinayət Məcəlləsində belə bir qanun var - 500-cü maddə: İran əleyhinə təbliğata meyl etmək. Uşaqlar bildirdilər ki, bizim heç bir meylimiz olmayıb, biz şairik. Gəlmişik görmədiyimiz yerləri görməyə, 2 gün burada olmuşuq, şairlərlə görüşmüşük, kitablarına baxmışıq, məhəbbət, sevgi şeirləri oxumuşuq. Bizim heç bir siyasi məsələlərə vaxtımız olmayıb. Azərbaycanın baş konsulunun müavini Nəriman Orucəliyev və konsulluğun əməkdaşı Yusif müəllim də məhkəmədə iştirak etdi. Yekunda bizə də söz verdilər. Biz də öz təşəkkürümüzü bildirdik. İnşallah, ayın 15-də ədalətli qərar gözləyirik", - deyə M.Hacızadə bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB