İtkin gəlin

Ağdam rayonunun Qalayçılar kənd sakini, hazırda Bərdə rayonu Soğanverdilər kəndində məskunlaşan 21 yaşlı Elvin Quliyevin həyat yoldaşının evdən qaçma səbəbi heç kəsə məlum deyil. Qeyd edək ki, Vüsalənin 16 yaşı olduğundan rəsmi nigaha yaşı düşmür. Elə buna görə də 8 aydır ki, evli olsalar da onların nigahı yoxdur.

Qonşuların və ailəsinin dediklərinə görə, onların aralarında heç bir mübahisə və ya münaqişə olmayıb. İyul ayının 3-də isə Vüsalə özünə məxsus qızıl-ziynət əşyalarını da götürərək naməlum şəkildə evi tərk edib. Şahidlərin sözələrinə görə, Vüsalə kənddən naməlum "taksiyə" minərək çıxıb.

Qeyd edək ki, hüquq mühafizə orqanlarının səyləri hələ ki, bir nəticə verməyib.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə