Beynəlxalq Diaspor Mərkəzi (BDM) 11 avqust tarixində saat 17:00-da Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyi qarşısında həmrəylik aksiyası keçirəcək. BDM-dan SİA-ya verilən məlumata görə, aksiyaya səbəb son zamanlar qardaş ölkədə bir-birinin ardınca baş vermiş terror hadisələrini qınamaq və Türkiyə ilə həmrəylik nümayiş etdirməkdir.
Qeyd edək ki, 11 avqust tarixində Türkiyənin bütün şəhərlərində terroru lənətləmək üçün "Türkiyə Tək Ürək" yürüyüşləri keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB