Bakcell-dən Uğurlu Roaminq kampaniyası

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Təchizatçısı olan Bakcell şirkəti müasir mobil rabitə istifadəçilərinə geniş çeşidli məhsullar təklif etməkdədir.

[email protected] ticarət nişanı altında ölkədə ən mükəmməl 3G mobil internet təcrübəsini təklif edən Bakcell şirkəti böyük məmnuniyyətlə yeni eksklüziv kampaniyasını elan edir.

Xaricdə istirahət və səyahəti planlaşdıranlar üçün qaçırılmayacaq təklif. Azərbaycanın İlk Mobil Operatoru Bakcell inqilabi kampaniyaya başlayır. Abunəçilərinə bu günə qədər edilməyən Roaminq təklifini təqdim edən Bakcell daha bir ilkə imza ataraq, öz adını bir daha təsdiqləyir.

Avqustun 10-dan ölkə xaricinə çıxan hər bir abunəçimiz bütün istiqamətlərə dəqiqəsi yalnız 0.79 AZN-ə danışa biləcək. GPRS-dən istifadəyə də şamil olunan bu unikal tarif yalnız sentyabr ayının 30-a kimi aktiv olacaqdır.

Bundan əlavə, kampaniya çərçivəsində SMS-lərə də xüsusi qiymət təklif olunur. Belə ki, roaminqdə olarkən bütün istiqamətlərə bir SMS-in qiyməti yalnız 0.19 AZN olacaqdır.

Kampaniyaya qoşulmaq üçün *130#YES yığmaq lazımdır. Qoşulma haqqı KLASS və GOLD abunəçiləri üçün pulsuz, CİN abunəçiləri üçün isə, 0.79 AZN təşkil edir. Kampaniyadan imtina etmək üçün *130#0#YES yığmaq lazımdır.

***

Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 92% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sü[email protected] xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidməti mərkəzləri olan Bakcell, istifadəçilərə ən üstün müştəri təcrübəsini təklif etməkdədir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...