Qubada Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi "Məişət zorakılığının ailədaxili münasibətlərə təsiri" mövzusunda regional seminar-müşavirə keçirib. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının icra hakimiyyətləri və hüquq mühavizə orqanları, bələdiyyə və ictimai təşkilat nümayəndələrinin iştirakı ilə keçirilən seminar-müşavirədə "Məişət zorakılığının qarşısının alınması haqqında" 2010-cu ildə imzalanan qanundan irəli gələn vəzifələrdən danışılıb. Komitə sədrinin müavini Sədaqət Qəhrəmanova məişət zorakılığı ilə sıx bağlı olan təhsildən yayınma, bölgədə artmaqda olan intihar hallarının aradan qaldırılması üçün geniş ictimayyətdə maarifləndirmə işlərinin aparılmasına və qanunun işləmə mexanizimi istiqamətində fikir mübadiləsinə ehtiyac oldduğunu bildirib. Daha sonra bölgələrdə qeydə alınan məişət zorakılığı hallarının qarşısının alınması istiqamətində konkret təkliflər dinlənilib.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB