AGAT ABŞ-da səfərdədir

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) nümayəndəsi Səbinə Əsədova ABŞ-da SUSI 2012 proqramı çərçivəsində 6 həftəlik səfərdədir. AGAT-dan SİA-ya verilən məlumata görə, proqramın məqsədi azərbaycanlı tələbələri ABŞ-ın tarixi, ictimai-iqtisadi həyatı ilə yaxından taniş etmək, vətəndaş cəmiyyətində fəaliyyət göstərən təşkilatların işində yaxından iştirak etmək, o cümlədən dövlət strukturları ilə görüşlərin keçirilməsidir.

Qeyd edək ki, AGAT fəalı Səbinə Əsədova azərbaycanlı gənclərinin qrup lideridir. Belə ki, Səbinə Əsədova Huntsville şəhərinin meri Tomy Battle, Albertville şəhərinin meri Lindsey Lyon və Alabama Ştatının qubernatoru cənab Robert J. Bentley ilə görüşüb. Görüş zamanı Səbinə Əsədova qubernatora ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən, gənclərimizin vətəndaş cəmiyyətindəki fəallığından, eləcə də AGAT-ın cəmiyyətimizə verdiyi töhfədən danışıb.

Qeyd edək ki, 3 həftə davam edəcək səfər çərçivəsində azərbaycanlı tələbələr Arizona ştatı və paytaxt Vaşinqtonda əhəmiyyətli görüşlərdə iştirak edəcəklər. Eyni zamanda ABŞ-da yaşayan və fəaliyyət göstərən milli azlıqlarla bağlı görüşlərin keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə