Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsankənd ərazisində qeyri-qanuni fəaliyyət göstərən və toyuq kəsimi ilə məşğul olan fərdi təsərrüfat obyektləri barədə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlətdən Nəzarəti Xidmətinə məlumat daxil olub. Komitədən SİA-ya verilən məlumata əsasən, Nəzarət Xidmətin əməkdaşları tərəfindən Hövsan qəsəbəsi, Hövsankənd ərazisindəki Məktəbli küçəsi 16 və Məktəbli küçəsinin üzərində mənzilin nömrəsi qeyd olunmayan bir neçə ünvanda və Köhnə Kolxoz küçəsində yerləşən toyuq kəsimi ilə məşğul olan təsərrüfat obyektlərində reydlər aparılıb və həmin obyektlərdə antisanitar vəziyyətin mövcud olduğu, heç bir gigiyenik norma və qaydalara əməl olunmadığı, mənşəyi bilinməyən süni boyaq maddələrindən istifadə edilərək toyuq ətinin rənginin saraldılması faktları aşkar edilib.
Bununla da istehlakçılar aldadılaraq həmin məhsulların kənd toyuğu olması fikri yaradılıb və istehlakçı hüquqları kobud şəkildə pozulub. Xidmət nəzarətçiləri tərəfindən məhsullardan və boyaq maddəsindən nümunələr götürülüb, Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) laboratoriyasına təqdim edilib.
Qeyd edək ki, aşkar edilmiş faktlar insan həyatına, sağlamlığına, əmlakına və ətraf mühitə ziyan vurma təhlükəsi yaratdığına görə, həmin fərdi təsərrüfat obyektlərinə qarşı qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Suraxanı Rayon İcra Hakimiyyətinə və Suraxanı rayon prokurorluğuna müraciət edilib. Araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB